Bank Of Baku

Krım tatarları deportasiya qurbanlarının Anım günü mitinq keçirməkdən vaz keçib

Krım tatarları deportasiya qurbanlarının Anım günü mitinq  keçirməkdən vaz keçib
# 18 may 2014 00:18 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə UNN Krım Tatar Məclisinin ötən gün qəbul olunan qərarına istinadən xəbər verir.

 

“Məclisin iclasında anım tədbirlərinin keçirilməsi məsələsinə baxılıb. Simferopolun mərkəzində   heç bir kütləvi aksiya keçirilməyəcək”, deyə məlumatda qeyd olunur.  

 

Bununla belə, mayın 18-də qəsəbə, kənd və şəhərlərdə yerli icra qurumları ilə razılaşdırılmış yerlərdə anım mərasimləri keçirmək planlaşdırılır.   

 

Xatırladaq ki, Krım “hakimiyyəti” iyunun 6-dək yarımadada hər hansı kütləvi aksiyaların keçirilməsinə qadağa qoyub.  Simferopolda deportasiya qurbanlarının xatirəsini anmaq üçün Krım tatarlarına yalnız şəhərdəki müsəlman qəbirsanlığı yaxınlığında toplaşmağa işazə verilib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR