APA-nın “SakhalinMedia” agentliyinə istinadən verdiyi xəbərə görə, birinci yeraltı təkanın episentri Urup adasının şimal hissəsində yerləşib.
ABŞ Geoloji Xidmətinin yaydığı məlumata əsasən, 5,0 gücündə baş vermiş zəlzələnin ocağı 124 km dərinlikdə olub.
İkinci, 3,7 bal gücündə zəlzələ Sakit okean akvatoriyasında, Severo-Kurilsk şəhərindən 212-km cənubda, 33 km dərinlikdə baş verib.
Dağıntılar və xəsarət alanlar yoxdur. Sunami xəbərdarlığı elan edilməyib.