Bakı. Musa Əhmədov - APA-Economics. Ukrayna suveren borclarını ödəmək üçün Mərkəzi Bankın beynəlxalq ehtiyatlarından istifadə edə bilməz.
"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard bildirib.
Fondun rəhbəri əlavə edib ki, Ukrayna yalnız maliyyə potensialından istifadə edərək borclarını ödəyə bilər.