"50-dək ölkə Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında "Hökumət saatı"nda çıxışı zamanı bildirib.
O, bunun Rusiyaya Asiya-Sakit okeanı regionunda inteqrasiya prosesinə daxil olmağa kömək etdiyini vurğulayıb.
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı beynəlxalq iqtisadi inteqrasiya birliyidir. 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayan birlik Gömrük İttifaqı və Vahid İqtisadi Zona əsasında yaradılıb. Təşkilata Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.