Bakı – APA. Moskva və Vaşinqton Ukrayna rəhbərliyini Cenevrə razılaşması tələblərinin yerinə yetirilməsinin vacibliyinə inandırmağa çalışacaqlar.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Pekində ABŞ dövlət katibi Con Kerri ilə görüşdən sonra deyib.
“Biz Ukrayna məsələsini müzakirə etdik. Yadımıza saldıq ki, aprelin 17-də Cenevrədə Ukrayna tərəfi dərhal siyasi prosesə, bütün regionların iştirakı ilə konstitusiya islahatına başlayacağına dair öhdəlik götürdü. Biz Con Kerri ilə razılığa gəldik ki, bu məsələ aktuallığını itirməyib. Ukrayna rəhbərliyini bu öhdəliyin yerinə yetirilməsinin vacibliyinə inandırmağa çalışacağıq”, - deyə o vurğulayıb.