Bakı – APA. Lixtenşteyn hökuməti Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və onun yaxın ətrafındakıların 30 milyon dollarlıq hesablarını dondurub.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, həmçinin, onlara qarşı çirkli pulların yuyulması ilə əlaqədar araşdırmalara başlanıb.
Bundan əvvəl İsveçrə hökuməti Yanukoviç və onun yaxın çevrəsinin hesablarını dondurmaq barədə qərar vermişdi.