Bank Of Baku

Luqansk yaxınlığında 2 ukraynalı hərbçi həlak olub, 1 jurnalist yaralanıb

Luqansk yaxınlığında 2  ukraynalı hərbçi həlak olub, 1 jurnalist yaralanıb
# 09 iyul 2014 18:14 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Luqansk şəhəri yaxınlığında blok-postun terrorçular tərəfindən qumbaraatanlardan atəşə tutması nəticəsində 2 ukraynalı hərbçi həlak olub.

 

APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə antiterror məlumat mərkəzinin nümayəndəsi Andrey Lısenko bildirib.

 

“Bu gün Luqansk yaxınlığındakı blok-postda iki hərbçi həlak olub. “İnter” telekanalının əməkdaşı Roman Boçkala isə ağır yaralanıb. O, helikopterlə Xarkov hərbi xəstəxanasına çatdırılıb, vəziyyəti qənaətbəxşdir”, - deyə Lısenko bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR