APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, Bolşaya Verqunka qəsəbəsində mərmilər bir neçə evi uçurub, separatçılar bu istiqamətdə tanklardan istifadə edirlər. Qəsəbədə partlayışlar nəticəsində qaz boru xətti sıradan çıxıb.
Şəhərin Kamenobrodsk rayonu hissəsində də partlayışların baş verdiyi bildirilir.
Məlumata görə, Milli Qvardiya Aleksandrovskda silahlıların nəzarətinə keçmiş hərbi hissəyə hücuma keçiblər.
“Luqansk şəhərinin mərkəzindəki Qorki parkı, Komintern küçəsi və dəmiryolu vağzalı istiqamətində də güclü partlayış və avtomat atəşləri eşidilir. Qorki parkı tərəfə bir neçə təcili yardım maşını hərəkət edir”, deyə yerli KİV-lər bildirir.