Bank Of Baku

Mariya Şarapova BMT-nin xoşməramlı səfiri titulundan məhrum edilib

Mariya Şarapova BMT-nin xoşməramlı səfiri titulundan məhrum edilib
# 15 mart 2016 15:04 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Birləşmiş Millətlər Təşkilatı qurumun xoşməramlı səfiri olan rusiyalı idmançı Mariya Şarapova ilə əməkdaşlığa xitam vermək qərarına gəlib.

 

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

 

“BMT-nin İnkişaf Proqramı işimizə verdiyi dəstəyə görə Şarapovaya minnətdardır. Bununla yanaşı, son hadisələr fonunda biz Şarapova ilə əməkdaşlığın dayandırılması və istintaq müddətində planlaşdırılan tədbirlərin ləğvi barədə qərar qəbul etmişik”, - deyə BMT-nin bəyanatında qeyd edilir.

 

Qeyd edək ki, M. Şarapova yoxsulluqla mübarizə və sosial qeyri-bərabərliklə bağlı tədbirlərdə iştirak edirdi. Martın 7-də məşhur tennisçinin qanında qadağan edilmiş preparat – meldonium aşkarlanıb. “Porshce”, İsveçrə saat firması TAG Heuer və NİKE kimi məşhur brendlər də tennisçi ilə əməkdaşlığı dayandırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR