Bakı. Viktoriya Dementyeva – APA. Fevralın 20-də Rusiya Xarici İşlər Nazirliyində Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovskinin MDB ölkələrinin səfirləri və səfirliklərin konsulluq şöbələrinin rəhbərləri ilə görüşü keçirilib. APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə xarici işlər nazirinin müavini Qriqori Karasin də iştirak edib.
K. Romodanovski diplomatları Rusiyanın 2025-ci ilə qədər dövlət miqrasiya siyasəti ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliklərlə tanış edib. O, xarici ölkə vətəndaşlarının Rusiyada yaşaması və əmək fəaliyyəti, qanunsuz miqrasiya il əlaqədar cinayət məsuliyyətinin artırılması və digər məqamlar haqda iştirakçıları məlumatlandırıb.