Moskva məhkəməsi Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsoru olan Levon Ayrapetyan barəsində iki aylıq həbs qərarı çıxarıb - FOTO

Moskva məhkəməsi Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsoru olan Levon Ayrapetyan barəsində iki aylıq həbs qərarı çıxarıb - <span style="color: red;">FOTO
# 17 iyul 2014 16:40 (UTC +04:00)

APA-nın Moskva müxbiri məhkəmə zalından xəbər verir ki, bu gün məhkəmə istintaq tərəfinin vəsatətini təmin edərək L. Ayrapetyan barəsində sentyabrın 15-dək həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, L. Ayrapetyan iyulun 15-də Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən Monakodan Moskvaya gələrkən “Domodedovo” aeroportunda saxlanılıb. O, çirkli pulların yuyulmasında və məşhur avtoritet Sergey Finaginin cinayətkar qruplaşması ilə əməkdaşlıqda ittiham olunur.

L. Ayrapetyan “Kinqiseppskaya” cinayətkar qruplaşması ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb. Onun adını isə müstəntiqlərə hazırda ömürlük həbs cəzası çəkən sabiq senator İqor İzmestyev bildirib.

Onu da qeyd edək ki, L. Ayrapetyan dünyadakı erməni diasporunun 10 ən varlı fəalından biri hesab olunur.

O, Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsoru kimi də tanınır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR