Moskva Hərbi Məhkəməsi İŞİD-ə qoşulmaqda təqsirləndirilən Moskva Dövlət Universitetinin tələbəsi Varvara Karaulova barəsində hökm çıxarıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məhkəmə İvanova Aleksandra Pavlovnanı (Varvara Karaulova) Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.5-ci maddəsi ilə (Rusiya ərazisində qanunvericiliklə fəaliyyəti qadağan olunmuş terrorçu təşkilatın fəaliyyətində iştirak etmək) təqsirli bilərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəndə çəkməklə, 4,5 il müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, Lomonosov adına MDU-nun əlaçı tələbəsi Varvara Karulova 2015-ci il mayın 27-də evdən qaçıb. O, İŞİD sıralarına qoşulmaq üçün Türkiyədən Suriyaya keçmək istəyərkən sərhəddə saxlanılıb. Onunla bərabər Türkiyə sərhədçiləri daha 12 Rusiya vətəndaşını saxlayıblar. İyunun 12-də Karaulova İstanbuldan Moskvaya qaytarılıb.
Moskva məhkəməsi İŞİD-ə qoşulmaqda təqsirləndirilən əlaçı tələbə qıza hökm oxuyub
22 dekabr 2016 14:08 (UTC +04:00)
MDB
Ermənistanda Tavuş vilayətinin Kirants kəndinə giriş müvəqqəti məhdudlaşdırılıb
15:04
19 may 2024
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
10:59
19 may 2024
Rusiya MN: Belqorod üzərində “Toçka-U” raketi məhv edilib
03:19
19 may 2024
Putin Şimali Koreyaya səfər edəcək
23:21
18 may 2024