Bank Of Baku

Moskva məhkəməsi Ukraynanın daxili işlər naziri barəsində qiyabi həbs qərarı çıxarıb

Moskva məhkəməsi Ukraynanın daxili işlər naziri barəsində qiyabi həbs qərarı çıxarıb
# 09 iyul 2014 13:57 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Moskvanın Basman rayon məhkəməsi Ukraynanın daxili işlər naziri Arsen Avakov barəsində qiyabi həbs qərarı çıxarıb.

 

APA-nın “İnterfax”a istinadən verdiyi məlumata görə, Avakov Ukraynanın cənub-şərqində qadağan olunmuş vasitələrdən və müharibə üsullarından istifadə etməkdə ittiham edilir.


Qeyd olunur ki, məhkəmə istintaqın müvafiq gedişatını qənaətbəxş sayıb. Bundan əvvəl isə həmin məhkəmə Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru olan iş adamı İqor Kolomoyskinin də həbsi barədə (kütləvi qətllərin təşkili və qadağan olunmuş vasitələrdən istifadə ittihamı ilə) qərar çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR