Bank Of Baku

Moskva şəhər Məhkəməsi Aleksey Navalnı barədə hökmü qüvvədə saxlayıb

Moskva şəhər Məhkəməsi Aleksey Navalnı barədə hökmü qüvvədə saxlayıb
# 17 fevral 2015 15:47 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Moskva Şəhər Məhkəməsi Rusiya müxalifətinin liderlərindən biri olan Aleksey Navalnı barədə hökmü qüvvədə saxlayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün keçirilən prosesdə 2014-cü il 30 dekabr tarixində Zamoskvoretsk rayon Məhkəməsinin çıxardığı hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Məhkəmə Aleksey Navalnı və onun qardaşı Oleq Navalnı barəsində hökmü qüvvədə saxlayıb.

Qeyd edək ki, A. Navalnı “İv Roşe” (Yves Rocher) şirkəti ilə bağlı cinayət işi üzrə 3,5 il müddətinə şərti azadlıqdan məhrum edilib. Oleq Navalnı isə 3,5 il müddətinə azadlıqdan məhrum edilib və 500 min rubl məbləğində cərimələnib. O, məhkəmə zalında həbs edilib. Dövlət ittihamçısı Aleksey Navalnının “Kirovles” üzrə hökm də nəzərə alınmaqla 10 il müddətinə azadlıqdan məhrum edilməsini, Oleq Navalnının isə 8 il müddətinə həbsə məhkum edilməsini istəmişdi.

Navalnı qardaşları əvvəlcədən əlbir olub öz xidməti vəziyyətlərindən istifadə edərək dələduzluqda və mənimsədikləri vəsaiti leqallaşdırmaqda ittiham edilirdilər. İstintaqın versiyasına əsasən Navalnı qardaşları 2008-2013-cü illər ərzində dələduzluq yolu ilə “Yves Rocher” şirkətinin 26,7 milyon rubldan çox, “Mnoqoprofilnaya prosessinqovaya kompaniya”nın isə 4,4 milyon rubldan çox vəsaitini oğurlayıblar. Qardaşlardan 4,4 milyon rubldan çox vəsait müsadirə olunub. Aleksey Navalnı bu ittihamları saxta adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR