Bank Of Baku

Moskva yaxınlığında qatarların toqquşması nəticəsində ölən 6 nəfərdən 5-i Moldova vətəndaşıdır

Moskva yaxınlığında qatarların toqquşması nəticəsində ölən 6 nəfərdən 5-i Moldova vətəndaşıdır
# 20 may 2014 17:35 (UTC +04:00)

Bakı-APA. Moskva vilayətinin səhiyyə naziri Nina Suslonova Naro-Fominsk yaxınlığında qatarların toqquşması nəticəsində ölən 6 nəfərdən 5-nin Moldova vətəndaşı olduğunu bildirib.

 

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, ölənlərdən bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

 

Tibbi yardım üçün müraciət edən 30 sərnişindən 2-si Moskva vilayətinin sakini, daha 1 nəfər isə Moskva şəhərində yaşayır. Digər yaralılar isə Moldova vətəndaşlarıdır.

 

Xatırladaq ki, Moskva-Kişinyov marşrutu ilə hərəkət edən sərnişin qatarı Moskva şəhərindən 80 km aralıda, Naro-Fominsk yaxınlığında yük qatarı ilə toqquşub. Qəzaya səbəb kimi yük qatarının relsdən çıxdığı göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR