Moskva. Fərid Əkbərov -APA. Aprelin 8-də Moskvada MDB ölkələri xarici işlər nazirlərinin görüşü keçiriləcək.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxatova bu gün keçirdiyi brifinqdə bildirib. O, xarici işlər nazirlərinin görüşünün MDB-nin yaranmasının 25 illiyinə həsr olunduğunu söyləyib: "Nazirlər çoxplanlı əməkdaşlıq. xarici siyasət koordinasiyasının möhkəmlənməsini müzakirə edəcəklər".