Bank Of Baku

Moskvada maskalı şəxslər banka hücum ediblər

Moskvada maskalı şəxslər banka hücum ediblər
# 19 fevral 2015 09:56 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Moskvada iki naməlum silahlı şəxs kommersiya bankına basqın edib.

 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, nəticədə 1 milyon rubl məbləğində vəsait qarət olunub.

 

“İki maskalı şəxs banka girərək, xanım əməkdaşı silahla təhdid edib və ondan kassadakı pulları verməyi tələb ediblər”, - deyə Moskva polisindən bildiriblər.

 

Basqınçılar “Jiquli” markalı avtomobillərdə hadisə yerindən uzaqlaşıblar. Həmin avtomobillər sonradan atılmış vəziyyətdə tapılıb.

 

Faktla bağlı cinayət işi açılıb, axtarış tədbirləri davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR