Bank Of Baku

Moskvanın Kursk vağzalı bomba xəbərdarlığı ilə əlaqədar boşaldılıb

Moskvanın Kursk vağzalı bomba xəbərdarlığı ilə əlaqədar boşaldılıb
# 11 aprel 2016 13:18 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskva şəhərinin Kursk dəmir yolu vağzalı bomba xəbərdarlığı ilə əlaqədar təxliyə olunub.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, 600-ə yaxın sərnişin vağzala bomba qoyulması ilə bağlı gələn anonim zəngdən sonra oradan çıxarılıb. Anonim zəng bu gün günorta saatlarında daxil olub. Hüquq-mühafizə orqanları vağzalı tamamilə boşaldıblar.


Faktla bağlı araşdırma aparılır. 
 

Qeyd edək ki, Moskva-Bakı qatarı Kursk vağzalından yola düşür. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR