Bank Of Baku

Ukraynalı pilot Nadejda Savçenko 22 il müddətinə azadlıqdan məhrum edilib

Ukraynalı pilot Nadejda Savçenko 22 il müddətinə azadlıqdan məhrum edilib
# 22 mart 2016 15:09 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Rusiyada həbsdə saxlanılan Ukrayna Hava Qüvvələrinin baş leytenantı, helikopter pilotu Nadejda Savçenkoya hökm oxunub. APA-nın “gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, məhkəmənin qərarı ilə N. Savçenko 22 il müddətinə azadlıqdan məhrum edilib. Habelə ukraynalı pilot 30 min rubl cərimə edilib.

 

N. Savçenkonun həbs müddəti tutulduğu gündən - 2014-ci il 23 iyun tarixindən hesablanacaq.

 

Qeyd edək ki, 35 yaşlı N. Savçenko 2014-cü il 23 iyun tarixində Donbasda gedən döyüşlər zamanı saxlanılaraq, Rusiyaya aparılıb. O, Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR