APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bunu Rasmussen Vilnüsdə keçirilən NATO Parlament Assambleyasında bəyan edib.
“Biz tədricən qoşunların geri çəkilməsini müşahidə edirik. Deyə bilərəm ki, qoşunların üçdə ikisi geri çəkilib. Əlbəttə ki, biz Rusiyanın bu addımlarını alqışlayırıq”, deyə Rasmussen bildirib.
NATO-nun baş katibi Rusiyanı qoşunlarını tam şəkildə Ukrayna ilə sərhəddən geri çəkməyə və separatçılara dəstək verməməyə çağırıb.