Bakı-APA. Rusiya Türkiyəyə qarşı sanksiyaları genişləndirməyə can atmır.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya İqtisadi inkişaf naziri Aleksey Ulyukayev bəyan edib.
“Rusiya Türkiyəyə qarşı sanksiyaları genişləndirməyə can atmır. Hazırda bu məsələ gündəmdə deyil. Türkiyə tərəfinin ehtiyatla davrandığı və təxribatlarla məşğul olmadığı təqdirdə məsələ gündəmdə yer almayacaq”, deyə A. Ulyukayev bildirib.
Qeyd edək ki, Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar yanvarın 1-dən qüvvəyə minib və əsasən inşaat, turizm, ərzaq mallarının idxalı sahəsini əhatə edir. Sanksiyalar Rusiyaya məxsus Su-24 hərbi təyyarəsinin Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulmasından sonra tətbiq edilib.