Bank Of Baku

Odessada yaşayış binasında partlayış baş verib, 2 nəfər ölüb

Odessada yaşayış binasında partlayış baş verib, 2 nəfər ölüb
# 24 may 2016 00:20 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Odessa şəhərində beş mərtəbəli  yaşayış binasında partlayış baş verib.

 

APA-nın “112 Ukrayna”-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb.

 

Həmçinin, 6 yaşlı qızın yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.

 

İlkin versiyaya əsasən, partlayışa səbəb məişət qazı olub.

 

Hazırda hadisə yerində xilasedicilər və Odessanın kommunal xidmət təşkilatlarının əməkdaşları işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR