Bank Of Baku

Parisdə “normand dördlüyü” XİN rəhbərlərinin görüşü keçiriləcək

Parisdə “normand dördlüyü” XİN rəhbərlərinin görüşü keçiriləcək
# 23 iyun 2015 00:14 (UTC +04:00)

Bakı-APA. İyunun 23-də Parisdə “Normand dördlüyü” XİN rəhbərlərinin  görüşü keçiriləcək.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, tərəflər Ukraynanın şərqində nizamlanmanın təmas qrupunun fəaliyyəti çərçivəsində həyata keçirilməsi, rəsmi Kiyevlə qondarma Donetsk və Luqansk xalq respublikaları arasında birbaşa dialoqun yaradılması məsələsini  müzakirə edəcəklər.  

 

Eyni zamanda Belarusun paytaxtı Minskdə Ukrayna üzrə üçtərəfli təmas qrupunun görüşü baş tutacaq. Ukraynanı iclasda təmsil edən sabiq prezident Leonid Kuçmanın mətbuat katibi Darya Olifer bildirib ki, danışıqlardan öncə humanitar, siyasi və iqtisadi alt qrupların iclası keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR