Bakı. Türbət Bağırova - APA. “Polşanın müdafiə naziri Antoni Matsereviçin Smolensk üzərindəki təyyarə qəzasının terror aktı olması ilə bağlı bəyanatı əsassızdır və həqiqətlə heç bir əlaqəsi yoxdur”.
APA-nın "RİA “Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Bilirsiz, bu, heç bir mənası olmayan əsassız bəyanatdır", - deyə o, söyləyib.
Qeyd edək ki, söhbət 2010-cu il aprelin 10-da içində Polşanın sabiq prezidenti Lex Kaçinksinin olduğu təyyarədən gedir. Rusiyanın Smolensk şəhərində yerə enərkən baş verən qəza nəticəsində sabiq prezident, onun həyat yoldaşı və digər vəzifəli şəxslər ölmüşdü.