Bank Of Baku

Poroşenko: “Ukrayna bu müharibədən qalib çıxacaq”

Poroşenko: “Ukrayna bu müharibədən qalib çıxacaq”
# 18 iyun 2014 10:50 (UTC +04:00)

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Ukrayna Milli müdafiə universitetində çıxışı zamanı Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib.

 

O, ilk görüşünün hərbçilərlə keçirilməsinin təsadüfi olmadığını qeyd edib. “Bu, yeni tipli müharibədir. Bu müharibədə peşəkar, diversiya qrupları, muzdlular, könüllülər və yerli əhali iştirak edir. Bu könüllülərin və yerli əhalinin beyni yaxşıca “yuyulub”, - deyə o vurğulayıb.

 

P.Poroşenko ötən illər ərzində Ukrayna ordusunun məqsədli şəkildə məhv edildiyini də qeyd edib: “Biz müharibəyə ayaq yalın, silahsız əsgərlərlə qoşulduq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR