Bank Of Baku

Poroşenko, Merkel və Olland arasında telefon danışığı olub

Poroşenko, Merkel və Olland arasında telefon danışığı olub
# 16 oktyabr 2016 21:38 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub.

 

APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat verib.

 

Məlumata görə, tərəflər “Normand formatı” çərçivəsində keçirilən  məsləhətləşmələrin yekunlarını müzakirə ediblər.

 

“Söhbət zamanı 4 ölkənin (Ukrayna, Almaniya, Fransa və Rusiya)  müşavirlər səviyyəsində keçirdiyi son məsləhətləşmələr  müzakirə olunub. Minsk razılaşmalarına dair “yol xəritəsinin” tərtibində Ukrayna-Fransa-Almaniya üçlüyünün qarşılıqlı əlaqələri yüksək qiymətləndirilib. Növbəti telefon danışığının gələn həftə baş tutacağı planlaşdırılır. Söhbət zamanı  "Normand” formatında növbəti sammitin keçirilmə perspektivləri müəyyən ediləcək”, məlumatda qeyd olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR