Bank Of Baku

Poroşenkonun Rusiyadakı fabriki bağlanır

Poroşenkonun Rusiyadakı fabriki bağlanır
# 20 yanvar 2017 11:08 (UTC +04:00)

Ukrayna prezidenti Pyotr Poroşenkoya məxsus “Roshen” şirkətinin Rusiyanın Lipetsk şəhərindəki fabriki fəaliyyətini dayandırır.

 

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, şirkət siyasi-iqtisadi səbəblərlə istehsal fəaliyyətini dayandırmaq qərarına gəldiyini açıqlayıb. Müəssisənin tam dayanması və konservasiyası bu ilin aprelində həyata keçiriləcək.     

 

“2013-cü ildən başlayaraq fabrikin istehsalı üç dəfə azalıb. Səbəb “Rospotrebnadzor”un 2013-cü ildə “Roshen”ə məxsus Ukrayna xammalının idxalını qadağan etməsi, Rusiya kütləvi informasiya vasitələrində aparılan fəal antiukrayna təbliğatı və piştaxtalarda “Roshen” istehsalı olan məhsulların yerləşdirilməsinə qoyulan qadağalardır”, - deyə şirkətdən bildirilib.

 

İstehsalın azalması səbəbindən müəssisədə kütləvi ixtisarlar aparılıb. Qalan 700 işçiyə fabrikin bağlanacağı elan edilib.
 

Qeyd edək ki, 2015-ci ilin aprelində Rusiyada Lipetskdə yerləşən “Roshen” fabrikinə qarşı cinayət işi qaldırılıb. Ukrayna prezidenti Pyotr Poroşenko isə müəssisəni satmaq istədiklərini, lakin buna maneələr yaradıldığını bəyan edib.   
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR