APA-nın “Rossiya-24” telekanalına istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Suriyada xüsusi əməliyyatlarda fərqlənmiş hərbçilərin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.
O bildirib ki, Rusiya Suriyada fəaliyyət göstərə terrorçu təşkilatların mövqelərinə zərbələr endirməyi davam edəcək.
Suriyadakı əməliyyatın maliyyə tərəfinə gəldikdə isə Putin qeyd edib ki, xərclər 33 mlrd. rubl (482 mln. dollar) təşkil edib.