Bank Of Baku

Putin: "Rusiya G8-ə qayıda bilər"

Putin: "Rusiya G8-ə qayıda bilər"
# 20 iyun 2015 07:11 (UTC +04:00)

Bakı. Faiq Mahmudov – APA. “Rusiya Kanadanın mövqeyinə baxmayaraq, gələcəkdə G8 birliyinə yenidən qoşula bilər”.

 

APA-nın “gazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

 

“Mən heç kəsin xətrinə dəymək istəmirəm. Lakin ABŞ desə ki, Rusiya G8-ə qayıtmalıdır, o zaman baş nazir fikrini dəyişə bilər”, - deyə Putin bildirib.

 

Qeyd edək ki, bir müddət öncə Kanadanın baş naziri Stiven Harper Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR