Bank Of Baku

Putin Çinə səfər edəcək

Putin Çinə səfər edəcək
# 13 may 2014 09:54 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putin mayn 20-də Çin Xalq Respublikasına səfər edəcək.

 

APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər Çin Xalq Respublikasının sədri Si Tzinpinin dəvəti əsasında baş tutacaq.

 

Səfər zamanı Rusiya ilə Çin arasında iqtisadi-ticarət, enerji və humanitar sahələrində bir sıra sazişlərin imzalanacağı gözlənilir.

 

Danışıqlar zamanı həmçinin beynəlxalq məsələlərin müzakirə olunacağı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR