Bank Of Baku

Putin uydurma “erməni soyqırımı”na həsr olunmuş tədbirlərdə iştirak etmək üçün İrəvana gedib

Putin uydurma “erməni soyqırımı”na həsr olunmuş tədbirlərdə iştirak etmək üçün İrəvana gedib
# 24 aprel 2015 02:50 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Putinin bu gün səhər saatlarda Fransa, Serbiya, Kipr və s. ölkələrin rəhbərlərinin iştirak edəcəyi tədbirlərə qatılacağı gözlənilir.     

 

Səfər çərçivəsində Putin və Fransua Ollandın  görüşü nəzərdə tutulub. Məlumata görə, müzakirələrin əsas mövzusu Ukraynadakı vəziyyət olacaq.  

 

Görüşdə tərəflərin helikopter daşıyan “Minstral” gəmilərinə dair danışıqların aparılacağı gözlənilir.  

 

Görüşdə həmçinin Yaxın Şərqdəki vəziyyət müzakirə ediləcək.  

 

Bu günə həmçinin Putinin  erməni həmkarı Serj Sarkisyanla görüşü nəzərdə tutulub. Onların ikitərəfli əməkdaşlığa və aktual regional problemlərə dair məsələlər ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.   

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR