Bank Of Baku

Pyotr Poroşenko: “Antiterror əməliyyatı daha effektiv olacaq”

Pyotr Poroşenko: “Antiterror əməliyyatı daha effektiv olacaq”
# 26 may 2014 09:14 (UTC +04:00)

APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, P. Poroşenko minlərlə Krım sakini və yüz minlərlə Donbass sakinlərinə prezident seçkisində iştirak etdikləri üçün təşəkkür edib: “Biz qəti əminliklə deyə bilərik ki, bütün Ukrayna səs verdi. Bu, bütün Ukraynanın seçimidir”. 

 

P. Poroşenko ölkənin şərqində keçirilən antiterror əməliyyatının bundan  sonra daha effektiv olacağını söyləyib: “Antiterror əməliyyatı kardinal şəkildə dəyişəcək. Daha effektiv və qısa olacaq. Qüvvələrin təchizatı və maaşları da kardinal şəkildə dəyişikliyə məruz qalacaq”.

 

Qeyd edək ki, Ukrayna Mərkəzi Seçki Komissiyası protokolların 50 faizindən çoxunu sayıb. P. Poroşenko 53,86% səs toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR