Bank Of Baku

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin inauqurasiya mərasimi keçiriləcək

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin inauqurasiya mərasimi keçiriləcək
# 29 aprel 2015 05:32 (UTC +04:00)

Bakı-APA.  Bu gün Qazaxıstanda növbədənkənar  prezident seçkilərində qələbə qazanmış Nursultan Nazarbayevin inauqurasiya mərasimi keçiriləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, andiçmə mərasimi təntənəli şəraitdə parlament deputatları, Konstitusiya Şurasının üzvləri və Ali Məhkəmənin hakimləri qarşısında keçiriləcək. Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkənin əsas qanununa, vətəndaşların hüquq və azadlıqlarına əməl edəcəyinə Konstitusiya üzərində and içəcək.  

 

Andiçmədən sonra Qazaxıstan Respublikasının dövlət himni səsləndiriləcək, MSK sədri isə Nursultan Nazarbayevə prezident vəsiqəsini təqdim edəcək.  

 

Qeyd edək ki,  Nursultan Nazarbayev səslərin rekord 97,75 faizini toplayaraq beşinci dəfə Qazaxıstan Respublikasının prezidenti seçilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR