Bank Of Baku

Qazaxıstanda parlament seçkiləri başlayıb

Qazaxıstanda parlament seçkiləri başlayıb
# 20 mart 2016 03:57 (UTC +04:00)

Bakı-APA. Qazaxıstan parlamentinin Məclisinə (aşağı palatasına)  növbədənkənar parlament seçkiləri başlayıb. APA-nın  “Tengrinews”a istinadən verdiyi xəbərə görə, seçki məntəqələrinin əksəriyyəti yerli vaxtla saat  07.00-da (Bakı vaxtı ilə 05.00-da)  açılıb və 20.00-dək (Bakı vaxtı ilə 18.00-dək) fəaliyyət göstərəcək.

 

Parlamentin aşağı palatasındakı yerlərə görə altı partiya mübarizə aparır.

 

Seçkilərdə parlamentin 107 deputatı müəyyənləşəcək. Onlardan 98-i partiyaları, 9-u isə Qazaxıstanın Xalq Assambleyasını təmsil edəcəklər.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR