Bank Of Baku

Qazaxıstanda ana üç uşağını asıb, sonra isə özünü öldürüb

Qazaxıstanda ana üç uşağını asıb, sonra isə özünü öldürüb
# 29 aprel 2016 08:02 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Qazaxıstanın Şərqi Qazaxıstan vilayətinin Şemonaix şəhərinə mənzillərdən birində bir qadın və 3 uşağın meyiti tapılıb.

 

APA-nın “Novosti-Kazaxstan”a istinadən verdiyi məlumata görə, bu barədə regionun Daxili İşlər Departamentinin mətbuat xidməti məlumat yayıb.

 

Qadının 1981-ci il təvəllüdlü, uşaqların isə 2-10 yaş arasında olduqları deyilir.

 

İlkin məlumata əsasən, ana əvvəlcə uşaqlarını asıb, sonra intihar edib. Onun hadisəni törətməsinin səbəbləri məlum deyil.

 

Məlumata əsasən, qadının əri də hadisədən sonra özünü öldürməyə cəhd göstərib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR