Bank Of Baku

Qırğızıstan-Tacikistan sərhədində kütləvi iğtişaş baş verib, 60-dan çox adam yaralanıb

Qırğızıstan-Tacikistan sərhədində kütləvi iğtişaş baş verib, 60-dan çox adam yaralanıb
# 08 may 2014 09:34 (UTC +04:00)

APA-nın “24.kg” və “fergana.ru” saytlarına istinadən verdiyi məlumata görə, hadisə mayın 7-də axşam saatlarında qeydə alınıb.

 

Kütləvi davada Qırğızıstanın Orto-Boz və Tacikistanın Xocalı kəndlərinin sakinləri iştirak edib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyəti nəzarətə götürmək üçün silahdan istifadə etmək məcburiyyətində qalıblar.

 

Qırğızıstan sərhəd xidmətinin yaydığı məlumata görə, iğtişaşlar nəticəsində Tacikistan vətəndaşları Qırğızıstan ərazisində yerləşən yanacaq-doldurma məntəqəsini, habelə mağaza və iki yük avtomobilini yandırıblar.

 

Qırğızıstan tərəfi 30 nəfərin, Tacikistan tərəfi isə 60-dan çox adamın xəsarət aldığını bildirib.

 

Versiyaların birinə görə, münaqişəyə səbəb taciklərin Qırğızıstan vətəndaşının olduğu maşına daş atmaları olub. Digər versiyaya əsasən, sərxoş qırğızlar tacik əsilli sakinin maşınını daşqalaq ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR