Qırğızıstanda prezident seçkiləri noyabrın 19-da keçiriləcək.
APA-nın “RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstan prezidenti Almazbek Atambayev ölkənin Mərkəzi Seçki Komissiyasının sədri ilə keçirdiyi görüş zamanı deyib.
“Seçkilərə 9 ay qalıb. Bütün çatışmazlıqlar və nöqsanları aradan qaldırmaq və tamamilə açıq və ədalətli seçkilərin keçirilməsini təmin etmək lazımdır. Ancaq ədalətli və azad seçkilər hakimiyyətin legitimliyi və ölkədə sabitliyi təmin edəcək”, - deyə A. Atambayev söyləyib.