Bank Of Baku

Raffi Ovanisyan: “Sarkisyan seçkilərdə məğlub olduğunu qəbul etməlidir”

Raffi Ovanisyan: “Sarkisyan seçkilərdə məğlub olduğunu qəbul etməlidir”
# 19 fevral 2013 20:25 (UTC +04:00)

Bakı-APA. Ermənistanın “İrs” müxalifət partiyasının lideri Raffi Ovanisyan fevralın 19-da İrəvanın “Azadlıq” meydanında keçirdiyi mətbuat konfransında ölkənin fəaliyyətdə olan prezidenti Serj Sarkisyana seçkilərdə “xalqın qələbəsini” - R. Ovanisyanın qələbəsini tanımaq üçün fevralın 20-i saat 17.00-dək vaxt verib.    

 

“Mən vəzifə dalınca qaçmıram, lakin aydındır ki, hal-hazırda Ermənistanın seçilmiş prezidenti məhz mənəm. Dünən erməni xalqı artıq qələbəsini qeyd edib - onun artıq seçdiyi prezidenti var”, - deyə Ovanisyan qeyd edib.    

 

Müxalifətçi namizəd “hakimiyyətin verilməsi məsələsini” müzakirə etmək üçün Sarkisyanla ictimaiyyətə açıq və ya təkbətək görüş keçirməyə hazır olduğunu qeyd edib.

 

Ovanisyanın sözlərinə görə, o qələbəyə nail olanadək Konstitusiya çərçivəsində mübarizəsini davam edəcək. Seçkilərdə ikinci yeri tutmuş namizəd gələcək planlarını fevralın 20-nə nəzərdə tutulmuş aksiyada açıqlayacağını bildirib.  

 

Xatırladaq ki, Ermənistan MSK-sı bu gün Serj Sarkisyanın ölkədə keçirilmiş prezident seçkilərində qələbə çaldığını elan edib. İlkin hesablamalara görə, S. Sarkisyan 58,64% səs toplayıb, “İrs” partiyasının rəhbəri Raffi Ovanisyana isə seçicilərin 36,75 faizi səs verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR