APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Kadırov qeyd edib ki, o, Umarovun xüsusi əməliyyat zamanı öldürüldüyünü bundan əvvəl də dəfələrlə bəyan edib, lakin güc qurumlarının bəzi nümayəndələri və KİV-lər bu məlumata şübhə ilə yanaşıblar. "Bu siçovulun sağ olduğuna hələ də inananlar üçün mən onun meyitinin şəklini təqdim edirəm", deyə Kadırov səhifəsində qeyd edib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bundan əvvəl Doku Umarovun dəstəsinin hələ 2013-cü ilin sonunda məhv edildiyini bildirmişdi.