Bank Of Baku

Rusiya “Soyuz-2.1a” daşıyıcı-raket kosmik aparatını orbitə buraxıb

Rusiya “Soyuz-2.1a” daşıyıcı-raket kosmik aparatını orbitə buraxıb
# 28 aprel 2016 05:06 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Amur vilayətindəki yeni “Vostoçnıy” kosmodromundan “Soyuz-2.1a” daşıyıcı-raket kosmik aparatı orbitə buraxılıb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, raket orbitə üç kosmik aparat çıxaracaq. Bunlar Moskva Dövlət Universitetinin “Lomonosov” peyki, eləcə də SamSat-218 və “Aist-2D” kosmik aparatlarıdır.

 

Məlumata əsasən, kosmik aparatın orbitə buraxılmasını izləmək üçün Rusiya prezidenti Vladimir Putin “Vostoçnıy” kosmodromuna gəlib.

 

Qeyd edək ki, kosmik aparatın aprelin 27-si, yerli vaxtla saat 05:01-də orbitə buraxılması nəzərdə tutulmuşdu, lakin  texniki nasazlıq səbəbindən bu mümkün olmamışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR