Bank Of Baku

Rusiya Federasiya Şurası siqaret reklamı və ictimai yerlərdə siqaret çəkməyin qadağan olunması haqqında qanunu təsdiq edib

Rusiya Federasiya Şurası siqaret reklamı və ictimai yerlərdə siqaret çəkməyin qadağan olunması haqqında qanunu təsdiq edib
# 20 fevral 2013 10:33 (UTC +04:00)

 

Moskva. Fərid Əkbərov - APA. Rusiya Federasiya Şurası siqaret reklamı və ictimai yerlərdə siqaret çəkməyin qadağan olunması haqqında qanunu təsdiq edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, fevralın 12-də Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasında qəbul olunan qanuna əsasən Rusiya ərazisində ali təhsil müəssisələri, xəstəxana, dövlət qurumları, stadion, restoran, qatar, vağzal, metro və aeroportlarda siqaret çəkmək qadağan olunub.

 

Mağaza vitrinlərindən və super marketlərin kassalarından siqaret qutuları yığışdırılacaq. Mağazalarda ancaq siqaretin qiymətləri göstərilən lövhə asılmasına icazə veriləcək. Qanun siqaretin reklamını tamamilə qadağan edir.

 

Federasiya Şurası tərəfindən təsdiq olunan qanun imzalanmaq üçün prezident Vladimir Putinə göndərilib.

 

Qeyd edək ki, ictimai yerlərdə siqaretin qadağan olunması haqqında qanun layihəsinin bəzi müddəaları bu il iyunun 1-dən, bəzi müddəaları isə 2014-cü il iyunun 1-dən qüvvəyə minəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR