Bakı-APA. Dağıstanda sayı 50-dək olan 12 silahlı qrup fəaliyyət göstərir.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Dağıstan üzrə idarəsinin rəisi Aleksandr Mironov bildirib.
“Silahlıların bazaları əsasən meşə massivləri, həmçinin Cənub və Dağ ərazi dairələrinin ayrı-ayrı yaşayış məntəqələrində yerləşir”, deyə A.Mironov vurğulayıb.
Onun sözlərinə görə, FTX-nin Dağıstan üzrə idarəsi nəqliyyat, təhsil və əhalinin həyat təminatı obyektlərində müvafiq əməliyyatlar aparır.
“Respublikada həmçinin yüksək terror fəallığı ilə seçilən ölkələrdən gələnlər müəyyən edilərək nəzarətə götürülür”, deyə A.Mironov əlavə edib.