Bank Of Baku

Rusiya gömrükçüləri ekskavatorda 820 kg həşiş aşkarlayıblar

Rusiya gömrükçüləri ekskavatorda 820 kg həşiş aşkarlayıblar
# 21 noyabr 2015 23:50 (UTC +04:00)

Bakı-APA. Rusiya gömrükçüləri Federal Təhlükəsizlik Xidməti və Narkotiklərə qarşı Mübarizə İdarəsinin əməkdaşları ilə birgə beynəlxalq qaçaqmalçı cinayətkar qrupunun fəaliyyətinin qarşını alıblar, 820 kg həşiş aşkarlanaraq götürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı xarici vətəndaşlar da daxil olmaqla bir neçə şəxs saxlanılıb.

 

Məlumata görə, ötən həftə dəniz yolu ilə Belçikadan Sankt Peterburq idxal edilmiş ekskavatorun konstruksiyalarındakı boşluqlarda gizlədilmiş 819,83 kg həşiş xüsusi avadanlığın köməyi ilə aşkarlamaq mümkün olub.

 

Faktla bağlı əməliyyat-istintaq qrupu yaradılıb.   

 

Qaçaqmalçılar saxlanılıb, onların arasında xarici vətəndaşlar var.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR