Bank Of Baku

Rusiya MN: "Hələbin şərqinin terrorçulardan azad olunması əməliyyatı başa çatıb"

Rusiya MN: "Hələbin şərqinin terrorçulardan azad olunması əməliyyatı başa çatıb"
# 16 dekabr 2016 14:16 (UTC +04:00)

“Suriyanın Hələb şəhərinin şərq hissəsi terrorçulardan azad olunub”.

 

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, “Suriya ordusunun Hələbin şərq məntəqələrinin terrorçulardan azad olunması istiqamətində həyata keçirdiyi əməliyyat başa çatıb”.

 

Nazirlik Hələbin şərq məntəqələrindən silahlıların və onların ailə üzvlərinin çıxarılması əməliyyatının baş çatması haqqında da məlumat yayıb: “Əməliyyat başlanandan bu günə kimi ümumilikdə Hələbin şərqindən 9500-dən çox insan təxliyə olunub. Lakin şəhərin ayrı-ayrı hissələrində radikal döyüşçülər hələ də qalır. Suriya ordusu Hələbin radikallar tərəfindən işğal altında olan hissələrini təmizləmək əməliyyatını davam etdirir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR