Bank Of Baku

Rusiyanın MN-in Qara dənizə düşən təyyarəsinin 10 sərnişinin cəsədi tapılıb - YENİLƏNİB-7

Rusiyanın MN-in Qara dənizə düşən təyyarəsinin 10 sərnişinin cəsədi tapılıb - <span style="color: red;">YENİLƏNİB-7
# 25 dekabr 2016 12:51 (UTC +04:00)

Bu gün Rusiya Müdafiə Nazirliyinin Qara dənizə düşən “Tu-154” tipli təyyarəsinin 10 sərnişinin cəsədi tapılıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, axtarış əməliyyatları davam edir.

 

Təyyarənin qalıqları sahilboyu 1,5 km-dən 6 km-ə qədər məsafədə səpələnib.

 

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi  yerli vaxtla yerli vaxtla saat 05.25 (Bakı vaxtı ilə saat 06.25) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan 2 dəqiqə sonra radardan itib. Qara dənizə düşən təyyarədə 85 sərnişin və 8 heyət üzvü olub.

 

***

 

saat 13.36

 

Bu gün Rusiya Müdafiə Nazirliyinin radardan itən və Qara dənizə düşdüyü müəyyənləşdirilən “Tu-154” tipli təyyarəsində 93 nəfərin olduğu müəyyənləşdirilib.

 

APA-nın TASS agentliyinə istinadən, həmin şəxslərin adları Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilib.

 

Sərnişinlər arasında “Həkim Liza” kimi məşhur olan Yelizaveta Qlinka, Rusiya Müdafiə Nazirliyinin Mədəniyyət idarəsinin rəisi Anton Qubankov, Aleksandrov adına ansamblın rəhbəri Valeriy Xəlilov da var.  

 

Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi İqor Konaşenkov jurnalistlərə açıqlamasında təyyarənin yerli vaxtla saat 05.25 (Bakı vaxtı ilə saat 06.25) radələrində Soçinin Adler aerodromundan havaya qalxdığını, saat 05.27 (Bakı vaxtı ilə saat 05.27) radələrində radarlardan itdiyini bildirib.

 

 

***

 

saat 13.09

 

Bu gün Rusiya Müdafiə Nazirliyinin radardan itən və Qara dənizə düşdüyü müəyyənləşdirilən “Tu-154” tipli təyyarəsinin sərnişinlərindən dördünün də cəsədi tapılıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Tapılan cəsədlər xilasedici gəmiyə çıxarılıb. Bununla da cəsədi tapılan sərnişinlərin sayı beşə çatıb.

 

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi  yerli vaxtla saat 05.40 (Bakı vaxtı ilə saat 06.40) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan 7 dəqiqə sonra radardan itib. Təyyarədə 84 sərnişin və 8 heyət üzvü olub.

 

***

 

saat 11.31

 

Bu gün Rusiya Müdafiə Nazirliyinin radardan itən və Qara dənizə düşdüyü müəyyənləşdirilən “Tu-154” tipli təyyarəsinin sərnişinlərindən birinin cəsədi və "Birinci kanal" telekanalının jurnalistinin sənədi tapılıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya güc strukturlarındakı mənbə məlumat yayıb.

 

Cəsəd sahildən 5 km uzaqlıqda tapılıb. Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi general-mayor İqor Konaşenko cəsədin xilasetmə gəmisinin göyərtəsinə qaldırıldığını bildirib. 

 

***

 

saat 11.05

 

Bu gün Rusiya Müdafiə Nazirliyinin radardan itən və Qara dənizə düşdüyü müəyyənləşdirilən “Tu-154” tipli təyyarəsində 8 heyət üzvü və 84 sərnişin olub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd edək ki, bundan öncə təyyarədə 91 nəfər deyil, 92 nəfərin olduğu barədə “Rossiya 24” telekanalı informasiya yayıb. 

 

***

 

saat 09.42

 

Rusiya MN radardan itən təyyarənin göyərtəsində Aleksandrov adına ansamblın musiqiçilərinin və jurnalistlər olduğunu təsdiqləyib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, “Tu-154” təyyarəsinin göyərtəsində hərbçilər, Aleksandrov adına ansamblın musiqiçiləri və 9 jurnalist olub.

 

Musiqiçilər Suriyanın Xmeymim aerodromunda Yeni il bayramı münasibəti ilə konsert proqramı ilə çıxış etməyi planlaşdırıbmış.

 

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi  yerli vaxtla saat 05.40 (Bakı vaxtı ilə saat 06.40) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan 7 dəqiqə sonra radardan itib. Təyyarədə 84 sərnişin və 8 heyət üzvü olub. 

 

***

 

saat 10.31

 

Rusiya Müdafiə Nazirliyinin radardan itən “Tu-154” təyyarəsinin qalıqları Qara dənizdə Soçi sahillərindən 1,5 km uzaqlıqda, 50-70 metr dərinlikdə aşkarlanıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi  yerli vaxtla saat 05.40 (Bakı vaxtı ilə saat 06.40) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan qısa müddət sonra radardan itib.

 

Suriyanın Xmeymim aerodromuna uçan Təyyarədə 84 sərnişin və 8 heyət üzvü olub.

 

***

 

saat 09.26

 

Bu gün yerli vaxtla saat 05.40 radələrində Soçinin Adler aerodromundan Suriyanın Xmeymim aerodromuna uçan, hava qalxdıqdan sonra radardan itən Tu-154 təyyarəsinin göyərtəsinə 83 sərnişin və 8 heyət üzvü olub.

 

APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

TASS agentliyi bəzi mənbələrə istinadən təyyarəsinin göyərtəsində Aleksandrov adına ansamblın musiqiçiləri və jurnalistlərin olduğu barədə məlumat yayıb. Musiqiçilər Xmeymim aerodromunda Yeni il konsert proqramı ilə çıxış etməyi planlaşdırıbmış. 

 

***

 

saat 08.39

 

Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Soçidən uçuş edərkən radarlardan itib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində 86 nəfər olub.  

 

İlkin məlumata görə, təyyarə Suriyanın Latakiya bölgəsinə uçurmuş.  

 

Məlumata görə, təyyarə havaya qalxdıqdan 20 dəqiqə sonra radarlardan itib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR