Moskva. Fərid Əkbərov - APA. Rusiya rublu xarici valyutalar qarşısında dəyərini itirməyə davam edir.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün Moskva birjasında 1 ABŞ dolları 1,59 rubl bahalaşaraq 72,28 rubla, 1 avro isə 1,85 rub bahalaşaraq 79,39 rubla bərabər olub.
Bu, rublun 2015-ci il ərzində ən anti-rekord göstəricisidir. Avqust ayında 1 dollar 72 rubla qədər qalxmışdı, lakin bu həddi keçməmişdi. Sonrakı aylarda isə dollar 60 rubla qədər ucuzlaşmışdı.