Bank Of Baku

Rusiya tələbə qızın itkin düşməsi ilə bağlı Türkiyəyə nota təqdim edib

Rusiya tələbə qızın itkin düşməsi ilə bağlı Türkiyəyə nota təqdim edib
# 18 iyun 2015 00:45 (UTC +04:00)

Tələbə qızın İŞİD terror qruplaşmasının silahlılarına qoşulmaq məqsədilə Türkiyəyə getdiyi ehtimal olunur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya səfirliyinin mətbuat attaşesi İqor Mityakov bildirib.   

 

Onun sözlərinə görə, Türkiyə XİN-i İsmayılovanın Türkiyə ərazisinə daxil olması ilə bağlı hələlik heç bir məlumat təqdim etməyib.

 

Səfirlikdə Məryəmin atası Mənsur İsmayılovun Ankaraya gəlməsi barədə məlumatı təsdiqləməyiblər: “Mənsur İsmayılovun Ankarada olması barədə bizdə heç bir məlumat yoxdur. O səfirliyə müraciət etməyib”.   

 

Qeyd edək ki, Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının tələbəsi Məryəm İsmayılova iyunun 12-də itkin düşüb.

 

Qohumların məlumatına görə, Məryəm xəlvəti xarici pasport alaraq təyyarə ilə Şeremetyevodan Türkiyəyə uçub. Qohumlar Məryəmin İŞİD terror qruplaşmasına qoşulmaq niyyətində olmasından  ehtiyatlanır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR