Bakı. Zümrüd Paşayeva - APA. Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Pyotr Poroşenko arasında telefon danışığı olub.
APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Şərqi Ukraynada mümkün atəşkəs planı və Luqanskda iki rusiyalı jurnalistin öldürülməsi məsələsi müzakirə olunub.
V. Putin Ukrayna hərbi qüvvələri və separatçılar arasında toqquşma zamanı iki rusiyalı televiziya jurnalistinin həyatını itirməsi ilə bağlı xüsusi narahatlığını ifadə edib.
P. Poroşenko başsağlığını ifadə edib, bildirib ki, jurnalistləri qorumaq üçün müəyyən tədbirlər görüləcək.