Bank Of Baku

Rusiya xarici işlər naziri: Rusiya Vaşinqtonun dostcasına olmayan istənilən hərəkətinə sərt cavab verəcək

Rusiya xarici işlər naziri: Rusiya Vaşinqtonun dostcasına olmayan istənilən hərəkətinə sərt cavab verəcək
# 13 mart 2016 15:32 (UTC +04:00)

Bakı-APA. “Rusyia Federasiyası maraqlarına cavab verdiyi hallarda ABŞ-la birgə hərəkət edəcək, ancaq Vahinqtonun dostcasına olmayan istənilən hərəkətinə sərt cavab verəcək”.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov PEN-TV telekanalına müsahibəsində bildirib.

 

 

S. Lavrov deyib ki, hər şey Vaşinqtonun hakimiyyəti altında deyil: “Bu “kavaler-kovboy”  əhval-ruhiyyəsi keçmişdə qalacaq.  Biz buna anlayışla yanaşırıq. Gözləyirik ki, Vaşinqton siyasətçiləri yeni reallıqları nə vaxt qəbul edəcək. O vaxta qədər isə maraqlarımıza cavab verən yerlərdə birgə hərəkət edəcəyik,  ancaq Vaşinqton tərəfindən dostcasına olmayan istənilən hərəkətə sərt cavab verəcəyik”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR