Bank Of Baku

Rusiya XİN: Məhkəməyə qədər Nadejda Savçenkonun Ukraynaya qaytarılmasından söhbət gedə bilməz

Rusiya XİN: Məhkəməyə qədər Nadejda Savçenkonun Ukraynaya qaytarılmasından söhbət gedə bilməz
# 12 mart 2016 11:45 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Donbasda “Rossiya” Televiziya və Radio şirkətinin jurnalistlərinin ölümündə təqsirli bilinən ukraynalı təyyarəçi Nadejda Savçenkonun Ukrayna tərəfinə verilməsindən söhbət gedə bilməz, bu barədə məhkəmə qərarına kimi danışmağa dəyməz”.

 

APA-nın RIA "Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

 

Onun sözlərinə görə, Rusiya ədalət məhkəməsinə, Rusiya ictimai fikrinə hansı təzyiqlərin göstərilməsindən asılı olmayaraq, məhkəmə sona kimi aparılacaq və hökm çıxarılacaq: “Çoxsaylı materialların, faktların və kontrarqument kimi bu faktlardan istifadə etmək istəyinin olmasına baxmayaraq, məhkəməyə təzyiq göstərdiyimizin iddia olunmaması üçün bunlardan istifadə etməmişik. Digər tərəfdən, biz nə görürük? Bu bizə uzun illərdir, məhkəmə sisteminə hörmət etməyi və bunu yerinə yetirməyi öyrətməyə çalışanların məhkəməyə birbaşa təzyiqidir”.

 

Qeyd edək ki, 1981-ci il təvəllüdlü hərbi təyyarəçi N. Savçenko 2014-cü il iyulun əvvəlində Donbasda gedən döyüşlər zamanı separatçıları tərəfindən əsir götürülüb və Rusiyaya aparılıb. O, Donbasda iki Rusiya jurnalistinin ölümündə ittiham olunur.

 

N. Savçenko həbsdə olarkən Ukrayna Ali Radasının deputatı seçilib və ölkənin AŞPA-dakı nümayəndə heyətini üzvüdür. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR